"Nitsa" çıxış edən Marçin Bulka "Qalatasaray"ın təklifini qəbul etməyib.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" bu həftə ona təklif versə də, polşalı qapıçı bunu qəbul etməyib.
Bulka ilə "Milan" və "Aston Villa" maraqlanır. "Nitsa" onun üçün 12-15 milyon avro tələb edir.
Əlavə edək ki, "Qalatasaray"ın əsas qapıçısı Fernando Muslera bu yay komandanı tərk edəcək.