"Qalatasaray"ın qapıçısı Fernando Muslera cari mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, uruqvaylı çərçivə qoruyucusu vətəninə qayıtmaq istəyir. İstanbul təmsilçisi onun boşluğunu "Nitsa"da çıxış edən Marçin Bulka ilə doldurmağı düşünür.

Fransa klubu onun üçün 15 milyon avro tələb edir.

Bu barədə "Nice-Matin" məlumat yayıb.

Bulka 4 mövsümdür "Nitsa"da çıxış edir. O, cari mövsümdə 40 oyunun 8-də qapısını qola bağlamağı bacarıb.