"Qalatasaray" klubu "Beşiktaş"la matçın hazırlıqlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar"ın oyunçuları maaşlarını 2 ay geridən alırlar. Rəhbərlik derbi öncəsi komandanın gecikmiş məvaciblərini ödəyəcək. 

İstanbul klubunda 16 milyon avroluq ödəmə ediləcək. 

Eyni zamanda "cim-bom" derbidən zəfərlə ayrılarsa, komandanın prezidenti Dursun Özbek görüşdən sonra bu oyun üçün ayrıca mükafat verəcək.

"Beşiktaş" - "Qalatasaray" derbisi martın 29-da oynanılacaq.