"Fənərbağça" dünya ulduzunu heyətinə cəlb etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" Kevin De Bröyneni transfer etməyə çalışır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
33 yaşlı oyunçunun "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda bitəcək. İstanbul nəhənginin bu keçidi həyata keçirmək üçün bütün imkanlarından istifadə etdiyi qeyd olunub.