Joze Mourinyo "Beşiktaş" - "Fənərbağça" oyunu öncəsi fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu sözləri deyib:
"Beşiktaş"ın çempion olma ehtimal yoxdur, amma derbiləri qazanmaq ehtimalı var. Bu ölkədə başa düşdüyüm qədəriylə bəzən derbiləri qazanmaq daha vacib ola bilər. "Beşiktaş"ın üzərində təzyiq yoxdur, yaxşı futbolçuları var. Çətin oyundur, motivasiyalıyıq".
Qeyd edək ki, "Beşiktaş" - "Fənərbağça" derbisi saat 20:00-da başlayacaq.