Türkiyənin Beşiktaş klubu Chelsea-nın hücumçusu Olivie Jirunu heyətinə qatmaq niyyətindədir.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar"ın prezidenti Fikrət Orman fransalı forvardı rənglərinə bağlamaqda israrlıdır. Belə ki, o, Chelsea rəhbərliyi ilə aralarında olan yaxın əlaqələrdən istifadə edərək, 32 yaşlı Jirunun komandasının heyətində oynamasını istəyir. Bundan əvvəl də Beşiktaş fransız hücumçu üçün dövrəyə girmişdi.
Qeyd edək ki, Jiru Chelsea forması ilə bu mövsüm çıxdığı oyunlarda 4 məhsuldar ötürmə ilə yadda qalıb.