"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo İngiltərə yığmasında çalışma təklifi ilə bağlı verilən suala maraqlı cavab verib.
Offsideplus.az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
"İngiltərə yığması ilə bağlı heç bir iş təklif almamışam. Nə vaxtsa, olacaqmı bunu bilmirəm. Avropa və Dünya çempionatlarında özümü yoxlamaq istəyər. Bu hadisə baş verəcək ya yox, bunu bilmirəm. Məndə elə hiss var ki, olacaq".
Qeyd edək ki, Mourinyo cari mövsümdən etibarən İstanbul klubunun uğurları üçün çalışır.