"Qalatasaray" klubu "Mançester Yunayted"in tanınmış futbolçusunu transfer etmək istəyir.
Offsideplus.az Türkiyə mətbiatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Donni van de Beekin transferi üçün danışıqlara başlayıb.
Məlumata görə, həm zədəsi, həm də uğursuz oyunu səbəbindən "Mançester Yunayted"də əsas heyətə düşə bilməyən hollandiyalı futbolçu üçün ilkin razılıq olsa da, maddi məsələlər hələki müzakirə edilir. 26 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2025-ci ildə başa çatır.
Onun transfer qiyməti 15 milyon avrodur.