"Başakşehir" yeni baş məşqçisi Çağdaş Atanla müqavilə imzalayıb.

Offsideplus.az  xəbər verir ki, bu barədə klubun saytı məlmat yayıb. 43 yaşlı mütəxəssislə sözləşmə 2+1 illikdir.

Qeyd edək ki, Çağdaş Atan "Başakşehir"in baş məşqçisi vəzifəsində Emre Belözoğlunu əvəz edib. Onun son iş yeri "Kayserispor" olub.