Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi İsmail Kartalın "sarı-lacivərtlər"lə titul(lar) qazanacağı təqdirdə əldə edəcəyi gəlir məlum olub.

 Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, 62 yaşlı mütəxəssis İstanbul təmsilçisi ilə Super Liqanın qalibi olacağı təqdirdə 20 milyon, Türkiyə Kubokunu qazanacaqsa, 3,5 milyon lirə əldə edəcək.

Təcrübəli çalışdırıcı "Fənərbağça" ilə UEFA Avropa Konfrans Liqasının qalibi olacaqsa, əlavə 10 milyon lirə də qazanacaq.

Xatırladaq ki, o, "sarı-lacivərtlər"lə bir illik müqavilə bağlayıb.