Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Edin Ceko açıqlaması ilə diqqət çəkib.

 Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 37 yaşlı bosniyalı hücumçu İstanbul təmsilçisinə keçidi haqda bu sözləri deyib:

"Hər nə qədər Avropadan gəlsəm də, burada da özümü inkişaf etdirəcəyimi düşünürəm. Baş məşqçimə, komanda yoldaşlarıma hər zaman faydalı olmağa çalışacağam. Hazırda Türkiyənin ən böyük klubundayam".

Bildirək ki, Ceko ilə 1 illik müqavilə imzalanıb.