Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi, "Aston Villa"nın sol cinah vingeri Filippe Koutinyonu sıralarına qatmağa yaxındır.

Belə ki, "qara qartallar" 31 yaşlı braziliyalı futbolçunu icarə əsasında heyətə qatacaq.

Onun sərbəstqalma məbləği isə 8 milyon avro təşkil edir.