"Fənərbağça" klubu baş məşqçi axtarışına davam edir. 

Offsideplus.az xəbər verir ki, Yoahim Löv "sarı-lacivərtlər"in yeni çalışdırıcısı ola bilər. Bu barədə "TRT Spor" məlumat yayıb. 

Alman mütəxəssisin Jorje Jesusla vidalaşan "Fənərbağça" komandasının sükanı arxasına keçəcəyi gözlənilir. 

Qeyd edək ki, Löv 2006-2021-ci illərdə Almaniya milli komandasını çalışdırıb. 63 yaşlı mütəxəssis 1998-1999-cu illərdə İstanbul təmsilçisinə baş məşqçilik edib.

 

Günay Xəlil