"Fənərbağça" klubu baş məşqçi axtarışına davam edir.
Offsideplus.az xəbər verir ki, Yoahim Löv "sarı-lacivərtlər"in yeni çalışdırıcısı ola bilər. Bu barədə "TRT Spor" məlumat yayıb.
Alman mütəxəssisin Jorje Jesusla vidalaşan "Fənərbağça" komandasının sükanı arxasına keçəcəyi gözlənilir.
Qeyd edək ki, Löv 2006-2021-ci illərdə Almaniya milli komandasını çalışdırıb. 63 yaşlı mütəxəssis 1998-1999-cu illərdə İstanbul təmsilçisinə baş məşqçilik edib.
Günay Xəlil