Braziliyanın "Flamenqo" klubunda baş məşqçi vəzifəsinə əsas namizəd Jorje Jesusdur.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin "Flamenqo" rəsmisi Brasla söhbətinin səsyazması sızdırılıb. Səsyazmada bu sözlər deyilib:

"1,5 aydan sonra "Flamenqo"ya gələcəm. Mən gələnə kimi müvəqqəti baş məşqçi olacaq. Bu həftə "Fənərbağça" prezidentinə də bunu deyəcəm".

"Flamenqo" Jesusun "sarı-lacivərtlər"dən ayrılması üçün mövsümün sonuna qədər gözləyəcək.