"Çelsi"nin futbolçusu Hakim Ziyex Türkiyənin "Beşiktaş" klubuna təklif olunub.

Offsideplus.az xəbər verir ki, qış transfer dönəmində heyətini gücləndirmək istəyən "qartallar" 29 yaşlı yarımmüdafiəçini icarə əsasında transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Ziyexin "zadəganlar"la müqaviləsinin müddəti 2025-ci ildə başa çatır. O, cari mövsüm İngiltərə təmsilçisinin heyətində cəmi 9 oyuna çıxıb.