1 aydır klubsuz qalan U-21 Azərbaycan millisinin üzvü Məhəmməd Mustafa Yıldırımın yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı hücumçu karyerasını Türkiyə 2-ci Liqa təmsilçisi "Çorum"la razılığa gəlib. Müqavilənin müddəti 2,5 illikdir. Yıldırım cari mövsümün ikinci yarısından yeni komandasının formasını geyinəcək.
Qeyd edək ki, Mustafanın son klubu "İstanbulspor" olub.