21 yaşadək futbolçulardan ibarə Azərbaycan millisinin hücumçusu Mustafa Yıldırım "İstanbulspor" klubundan ayrılıb.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı hücumçu klubdan ayrılması barədə sosial şəbəkədə paylaşım edib:
“İstanbulspor”la olan sözləşməmə qarşılıqlı razılıq əsasında xitam verildi. Bu günə qədər mənə etdikləri hər şey üçün kluba təşəkkür edirəm”.
Qeyd edək ki, “Alanyaspor”un yetirməsi olan Mustafa “İstanbulspor”la müqavilə imzalasa da, “Pazarspor”da icarə əsasında çıxış edib.