"Beşiktaş" qapıçısı Ersin Destanoğlu ilə yeni müqavilə imzalayacaq.
Offsideplus.az "A Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi qolkiperlə 4 illik sözləşmə imzalamaq barəsində razılığa gəlib. Xəbərə görə, Ersin illik 700 min avro maaş alacaq.
Qeyd edək ki, 21 yaşlı çərçivə qoruyucusu "Beşiktaş"ın öz yetirməsidir. O, 2017-ci ildən əsas komandada oynamağa başlayan Ersin ümumilikdə 91 matçda qapını qoruyub.