"Fənərbağça" qış transfer dönəmində müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "sarı-lacivərtlər" "Nottinqem Forest"in 21 yaşlı müdafiəçisi Loik Mbe Sonu heyətinə qatmaq istəyir. Ondan əlavə, Danimarkanın "Norşellan" klubundan 19 yaşlı müdafiəçi Adama Naqalo da "Fənərbağça"nın hədəfindədir. Klub hər iki futbolçunu yaxından izləyir.
Baş məşqçi Jorje Jesusun seçiminə əsasən, "Fənərbağça" adıçəkilən iki futbolçudan birinin transferi üçün əlindən gələni edəcək.