Domaqoy Vida Türkiyənin "Beşiktaş" klubunu məhkəməyə verib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı müdafiəçinin menecer şirkəti "qartallar"dan 9 935 000 avro tələb edir. Klubun rəsmi saytının yaydığı məlumatda, şirkətin "Beşiktaş"ı məhkəməyə çağırdığı açıqlanıb.
Qeyd edək ki, hazırda AEK-in formasını geyinən Vida 2018-2022-ci illərdə "Beşiktaş"da çıxış edib.