Rusiyanın "Spartak" (Moskva) və "Lokomotiv" klubunun sabiq hücumçusu Ze Luis karyerasını Türkiyə çempionatında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, forvardın yeni komandası “Hatayspor” olacaq.

Luisin imzaladığı müqavilənin təfərrüatları hələlik açıqlanmır.