"Başakşəhər" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi "Bandırmaspor"un hücumçusu Filip Kenini transfer edib. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı seneqallı oyunçu ilə 3 illik müqavilə imzalanıb. Transferin maliyyə detalları haqda isə məlumat verilməyib.
Qeyd edək ki, Keni ötən mövsüm Türkiyə 1-ci liqasında 34 oyuna çıxıb, 13 qol və 6 qol ötürməsi ilə yadda qalıb.