Türkiyə Superliqasının 3-cü turunda "Fənərbağça" "Adana Demirspor"u qalib gəlib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" rəqib üzərində 4:2 hesablı qələbə qazanıb. Enner Valensiya 20 və 41-ci dəqiqələrdə fərqlənərək, dubla imza atıb. "Adana Demirspor"un heyətində S.Akaydın, Y.Belhanda, B.David, H.Onyekuru, "Fənərbağça"dan isə V.Arao, M.Zayts, A.Szalay sarı vərəqə görüb.
"Adana Demirspor"un futbolçusu Yaroslav Ratiski 82-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanaraq, komandasını azlıqda qoyub.
Xallarının sayını 7-yə çatdıran "Fənərbağça" turnir cədvəlinə liderlik edir.
Matçın icmalını təqdim edirik:
"Fənərbağça" - "Adana Demirspor" 4:2 (E.Valensiya, 20. (p), 41. Zayts, 47. Alioski, 83. - Y.Belhanda, 56. (p), Dzyuba, 66.)