Türkiyə Superliqasının ikinci turu üzrə "Trabzonspor" "Hatayspor"la üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, "Trabzonspor"un futbolçusu Edin Vişça bədbəxt hadisə ilə üzləşib. 32 yaşlı vinger matçın 42-ci dəqiqəsində rəqib futbolçu ilə mübarizə zamanı qolu üzərinə yerə düşüb. Çiynindən zədələnən futbolçunun meydandan çıxarılması üçün ambulans çağırılıb. 

Vişçanın ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.