"Qalatasaray" heyətini iki məşhur futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi belçikalı futbolçu Dris Mertens və uruqvaylı oyunçu Lukas Torreyranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Sarı-qırmızılar" "Napoli"dən ayrılan 36 yaşlı hücumçu ilə 1+1 illik sözləşmə imzalayıb. O, İstanbul klubuna azad agent kimi keçib.
"Cim -Bom" "Arsenal"dan heyətinə qatdığı Torreyra ilə isə 2026-cı ilə qədər müqavilə imzalayıb. Türkiyə klubu uruqvaylı yarımmüdafiəçi üçün "topçular"a 6 milyon avro ödəyəcək.