"Qalatasaray" yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Portu"dan Serjio Oliveyranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Cim-bom" bu transfer üçün qarşı tərəfə 3 milyon avro ödəyib.
Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi geridə qalan mövsümü icarə əsasında "Roma"da keçirib.