Türkiyənin "Fənərbağça" klubu sıralarını yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi Almaniya "Leypsiq"inin hücumçusu Aleksandr Şörlöt üçün hərəkətə keçib.
"Sarı-lacivərtlilər" 26 yaşlı norveçli forvard üçün qarşı tərəflə danışıqlar aparır.
Əgər danışıqlar müsbət nəticə ilə yekunlaşarsa, Şörlöt yay aylarında "Fənərbağça"nın sıralarına qoşulacaq.