"Fənərbağça” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Niderlandın PSV klubunun yarımmüdafiəçisi Brumanı heyətinə qatıb.
Portuqaliyalı vinger qarşıdakı mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubunda çıxış edəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2013-2017-ci illər aralığında “Qalatasaray”da forma geyinib.