Türkiyənin iki klubu - "Fənərbağça" və "Beşiktaş" məşhur uruqvaylı hücumçu Luis Suaresi transfer etmək niyyətindədir.
Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, hər iki komanda Madrid "Atletiko"sunun 35 yaşlı forvardı üçün danışıqlara başlamaq fikrindədir. Super Liqa təmsilçiləri Suaresi 2022/2023 mövsümündə sıralarında görmək istəyir.
Onun üçün təklif olunan məbləğ barədə isə informasiya yoxdur.
Bildirək ki, uruqvaylı 2020-ci ildən "Atletiko"da çıxış edir.