"Atletiko"nun futbolçusu Luis Suares karyerasını Türkiyədə davam etdirməyə çox yaxındır.
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, "Beşiktaş" 35 yaşlı hücumçu ilə danışıqlara başlayıb. Bildirilib ki, mövsümün sonu Madrid klubundan ayrılacaq olan oyunçunun menecerləri onu "qara qartallar"a təklif edib. Uruqvaylı dünya ulduzunu "Fənərbağça"da heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Suares 2020-ci ilin yayından "matrasçılar"ın şərəfini qoruyur.