Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi hazırda Qətərin "Əl-Rayyan" komandasında çıxış edən Xames Rodriqeslə danışıqlar aparır. 30 yaşlı kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin Qətər təmsilçisindən ayrılmaq niyyətində olduğu bildirilir.

"Qalatasaray" da bu fürsətdən yararlanıb, yay transfer dövründə Xamesi sıralarına qatmağa çalışacaq. Adıçəkilən oyunçunun sərbəstqalma məbləği isə 15 milyon avrodur.

Qeyd edək ki, Xames karyerası ərzində "Real", "Bavariya", "Everton" kimi klublarda oynayıb. O, ötən ildən "ƏI-Rayyan"da top qovur.