"Qalatasaray" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Domenek Torrent "Mançester Siti"nin brazilyalı gənc ulduzu Kayki da Silvanı transfer edəcək. Artıq İstanbul nəhəngi "şəhərlilər"lə bu barədə "bazarlığ"a başlayıb.
Torrent 18 yaşlı hücumameyilli oyunçunun transferi üçün daha əvvəl birlikdə işlədiyi Pep Qvardiola ilə bu haqda telefonla əlaqə saxlayıb.
Qeyd edək ki,Kayki bu mövsüm "Mançester Siti"nin heyətində 17 maçtda 4 qol və 2 məhsuldar ötürmə edib.