Türkiyənin "Qalatasaray" klubu 5 futbolçusuyla yolları ayırmağı planlaşdırır.
Offsideplus.az "A Spor"a istinadən xəbər verir ki, "sarı-qırmızılılar"ın baş məşqçisi Domenek Torrent həmin futbolçuları yeni mövsümdən etibarən sərəncamında görmək niyyətində deyil.
"Qalatasaray"ın "qara siyahı"sında olan oyunçular isə Sofian Fequli, Rayan Babel, Arda Turan, Fatih Öztürk və Semih Kayadır.
Klub rəhbərliyi bu futbolçuların satışından əldə olunacaq gəlirlə yeni transferlər etmək niyyətindədir.
Qeyd edək ki, "Qalatasaray" 25 oyuna topladığı 29 xalla Super Liqanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.