Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Qalatasaray"ın sabiq futbolçusu Henri Onyekurunu rənglərinə bağlamağa hazırlaşır.
Bu keçidin baş tutması üçün "Başakşəhər"in idman direktoru Emre Belözoğlu dövrəyə girib.
Məlumata görə, 24 yaşlı cinah oyunçusu üçün onun hazırda şərəfini qoruduğu Yunanıstan "Olimpiakos"u ilə rəsmi danışıqlar aparılır. "Başakşəhər" Onyekurunu icarə əsasında komandaya cəlb etmək istəyir.
Qeyd edək ki, nigeriyalı futbolçu 2020/21-ci illərdə icarə əsasında "Qalatasaray"da forma geyinib.