"Qalatasaray" heyətinə yeni qapıçı qatacaq.
Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, İstanbul nəhəngi "Barselona B"də çıxış edən 22 yaşlı ispaniyalı qapıçı İnaki Pena ilə razılıq əldə olunub. Adəçəkilən oyunçu mövsümün sonuna qədər "cim-bom"un şərəfini qoruyacaq.
Bildirilib ki, əsas qapıçı Fernando Musleranın zədələsi olması və hazırkı qolkiper İsmayıl Çipenin yaxşı çıxış etməməsi Domenek Torrenti bu addımı atmağa məcbur edib.