Fernando Musleranın yaşıl meydanlara nə vaxt qayıdacağı dəqiq bilinmədiyi üçün "Qalatasaray" yeni qapıçı axtarışına çıxıb.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhənginin çalışdırıcısı Domenek Torrent rəhbərliyə bu mövqey üçün 1 qolkiperin adını verib. Belə ki, bu, Rumınyanın "Kluj" komandasında çıxış edən 34 yaşlı litvalı Giedrius Arlauskisdir.
Artıq rəhbərlik sözegedəni qapıçı üçün danışıqlara başlayıb.