Fatih Terimlə yolları ayıran "Qalatasaray" yeni baş məşqçi axtarışına çıxıb.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhənginin rəhbərliyi ispaniyalı mütəxəssis Domenek Torrenti bu postda gətirmək istəyir.
59 yaşlı çalışdırıcının məşqçi karyerası çox zəngindir.
O, "Barselona", "Bavariya" və "Mançester Siti" kimi məşhur klublarda köməkçi məşqçi işləyib.
Qeyd edək ki, Torrentin son klubu Brazilya təmsilçisi "Flamenqo" olub.