Vitor Pereyra ilə yolları ayıran "Fənərbağça"da hələ də baş məşqçi postu boşdur.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas namizədi Almaniya yığmasının sabiq çalışdırıcısı Yoahim Lövdür.
61 yaşlı almaniyalı isə "sarı-lacivərtlilər"in "sükan"ı arxasına keçəcəyi təqdirdə ilinə 5 milyon avro tələb edir. Klub rəhbərliyinin təcrübəli mütəxəssislə danışıqları davam edir.
"Fənərbağça" Lövə 2,5 illik müqavilə təklif edir.
Qeyd edək ki, adıçəkilən klubun baş məşqçi postuna namizədlərdən biri də Kristof Daumdur.