"Fənərbağça" "Barselona"nın futbolçusu Samuel Umtitini transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" macarıstanlı stoper Atilla Szalainin komandadan ayrılacağı halda, 28 yaşlı fransalı müdəfiəçini heyətinə qatmağa çalışacaq.

Fransalı dünya çempionunun Kataloniya klubuyla hazırkı sözləşməsi 2023-cü ildə başa çatır.

Qeyd edək ki, Umtiti bu mövsüm "Barsa"yla 1 maçta meydana çıxıb.