Türkiyənin "Qalatasaray" komandası heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Madrid "Real"ının gənc hücumçusu Luka Yoviçi sıralarına qatmağı planlaşdırır. "Takvim" nəşrinin yazdığına görə, hazırda icarə əsasında "Ayntraxt"da çıxış edən serbiyalı forvard da "sarı-qırmızılılar"ın heyətinə qoşulmaq niyyətindədir.
"Qalatasaray" adıçəkilən futbolçu üçün "kral klubu"na rəsmi təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Yoviç 2019-cu ildə elə "Ayntraxt"dan 63 milyon avro qarşılığında "Real"a transfer edilmişdi. La Liqa təmsilçisində az forma geyinmək şansı yaxalayan hücumçu bu ildən icarə əsasında sabiq klubunda çıxış edir.