Portuqaliya millisinin sabiq üzvü Luiş Nani karyerasını yenidən Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı futbolçunu qışda "Trabzonspor" heyətinə qatmağı planlayır.
Hazırda klubsuz olan Nani bir müddət əvvəl MLS təmsilçisi "Orlando Siti" ilə yollarını ayırmışdı.
Qeyd edək ki, Nani 2015/2016 mövsümündə "Fənərbağça"da çıxış edib. O, karyerası ərzində "Sportinq" ( Lissabon ), "Mançester Yunayted" və "Valensiya" kimi önəmli klublarda forma geyinib.