Türkiyəli mütəxəssis Fatih Terim haqda sənədli film çəkilib.

Offsideplus.az-ın məlumatına görə, kino "Netflix"də yayımlanacaq. Artıq platformada filmin rəsmi treyleri istifadəçilərə təqdim olunub.

Məsələ ilə bağlı "Cumhuriyet" qəzetinə açıqlama verən klub rəsmisi Abdulvahap Qazi Tanrıverdi kinonun təqdimatının 2022-ci ilin yanvarının ilk 15 günlüyündə baş tutacağını vurğulayıb.