"Arsenal"ın müdafiəçisi Sead Kolaşinaç komandadan ayrılmağı planlaşdırır.
Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisini 28 yaşlı üzvü həftəyə 100 000 sterlinq qazandığı sözləşməyə xitam vermək istəyir. Belə ki, Kolaşinaç azad agent olaraq Türkiyənin "Fənərbağça" klubuna keçəcək. O, burda keçmiş komanda yoldaşı və dostu Məsut Özillə yenidən oynaya biləcək.
Qeyd edək ki, 2017-ci ildə "topçular"a transfer edilən Sead, yanvarda "Şalke"yə icarəyə göndərilmişdi.