UEFA Çempionlar Liqasında iştirak edəcək Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 

Offsideplus.az xəbər verir ki, İstanbul klubu "Kalyari"dən Dieqo Qodini heyətinə qatmaq niyyətindədir. Məlumata görə, "Beşiktaş" 35 yaşlı futbolçu ilə şəxsi razılığa gəlib. Karyerasının son illərini yaşayan futbolçu Çempionlar Liqasında çıxış etmək istəyir və bu səbəblə Super Liqa klubunun təklifini qəbul edib. 

"Beşiktaş"ın "Kalyari" ilə danışıqlara başladığı bildirilir. "Ağ-qaralar" qarşı tərəfə futbolçunun məvacibinin 40 faizini ödəməyi təklif edib və cavab gözləyir. "Kalyari"nin də yüksək məvacib səbəbiylə Qodinlə yollarını ayırmaq istədiyi bildirilir.