"Beşiktaş" "Arsenal"ın futbolçusu Pablo Mariyə "elçi düşüb".

Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, "qartallar" 27 yaşlı müdafiəçini icarə əsasında heyətinə qatmaq istəyir. "Arsenal"da forma tapa bilməyən ispaniyalı oyunçu da Türkiyə təmsilçisinə keçməyə müsbət yanaşır. Belə ki, ötən mövsüm 5 milyon avroya "Flamenqo"dan transfer edilən Mari, Çempionlar Liqasına vəsiqə qazandığı üçün "Beşiktaş"da oynamağı arzulayır.

Qeyd edək ki, ötən mövsüm çoxlu zədələr keçirən Pablo Mari, cəmi 18 oyunda iştirak edib. Marinin "topçular"la müqaviləsinin müddəti 2024-cü ilə qədərdir.