"Beşiktaş" 2021-22 mövsümü üzrə Çempionlar Liqası üçün iddialı komanda qurmağı hədəfə alıb.

Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, müdafiə xəttini gücləndirmək istəyən "qara qartallar" bunun üçün üzünü İspaniya La Liqasına tutub. Superliqa təmsilçisi "Barselona"nın göndərmək istədiyi Samuel Umtiti üçün hərəkətə keçib. "Beşiktaş" 28 yaşlı müdafiəçini icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, fransalı futbolçu 2016-cı ildə 25 milyon avroya "Lion"dan "Barsa"ya transfer olunmuşdu.