"Qalatasaray" klubu braziliyalı Paulinyonu heyətinə qatmağı planlaşdırır.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "Cim-Bom" Çinin "Quanjou" klubundan ayrılan və hazırda azad agent olan 32 yaşlı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib. Bu barədə Paulinoynun anası Erika Nasimento açıqlama verib:
"Oğluma Portuqaliya, İspaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və "Qalatasaray"dan təkliflər var".
Qeyd edək ki, "sambaçı" 2017-18-ci illərdə "Barselona"nın formasını geyinib.