Emre Belözoğludan sonra "Fənərbağça"nın yeni baş məşqçisinin kimliyi hələ də bəlli deyil.
Offsideplus.az xəbər verir ki, "Habertürk"ə danışan klubun prezidenti Ali Koç komandanın yeni baş məşqçisini iyunun 28-də açıqlayacaqlarını deyib.
"Namizədlərin sayı 3-ə enib. Lusyen Favr ilə görüş baş tutmadı. Onun nümayəndəsi ilə görüşdük, bura uyğun olmadığını və təzyiqi sevmədiyini bildirdi. Daliçi komandanın başında görmək istərdim, ötən mövsüm yaxşı iş görmüşdü. Bizə uyğun idi, lakin turnir təxirə saldığı üçün alınmadı".