Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Fənərbağça" ulduz futbolçunu sıralarına qatmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Roma"nın bosniyalı hücumçusu Edin Cekonu rənglərinə bağlayacaq.

35 yaşlı forvardla artıq şəxsi razılıq əldə edilib. Ceko 2,5 milyon avro maaş üstəlik bonus təklifinə müsbət yanaşıb.

"Roma" ilə yaxın günlərdə yollarını ayıracaq futbolçu ilə 2 illik müqavilənin imzalanması gözlənilir.

Qeyd edək ki, Ceko 2016-cı ildən "canavarlar"ın şərəfini qoruyur.